Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə 49,82 faiz səs yığaraq qalib gəlib.
Baymedia.az “RİA Novosti” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 100 %-ə istinadən bildirib.
"Vahid Rusiya" 49,82 % səslə liderliyini qoruyub, Kommunist Partiyası 18,93 %-lə ikinci yerdə, Rusiya Liberal Demokrat Partiyası 7,55 %-lə üçüncü yerdə qərarlaşıb.
Liderlərin beşliyinə həmçinin "Ədalətli Rusiya” (7,46 %), "Yeni insanlar" (5,32 %) partiyaları düşüb.
Cavid