• 9 İyul 2025
logo
"Rusiya Ukraynaya hər zaman təcavüz edə bilər"

"Rusiya Ukraynaya hər zaman təcavüz edə bilər"

Müharibə gözlənilmir, ancaq Rusiyanın Ukraynaya hərbi təcavüzü riski var. Çox böyük deyil, amma var. Onlar polivariantdır. Bu, Donbasdakı gərginlik və Ukraynanın cənub və cənub -şərqini ələ keçirmək, Krımı su ilə təmin etmək, Ukraynanı dənizdən kəsmək və Dnestryanıdan Donbasa qədər tək bir qövs yaratmaq cəhdi ola bilər.

Bunu Baymedia.az-a Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoliy Pinçuk Ukrayna Prezidenti Zelenskinin Rusiya ilə hər an müharibə ola biləcək fikrinə münasibətində açıqlamasında deyib.

Politoloq bildirib ki, 7 il ərzində Ukrayna ordusu əhəmiyyətli dərəcədə güclənib, lakin Rus ordusuna qəti bir cavab vermək üçün kifayət etməyib: "Əsas problemlərdən biri hava hücumundan müdafiə sisteminin zəif olmasıdır.
Buna görə də düşünürəm ki, təyyarə və raketlərin geniş istifadəsi ilə genişmiqyaslı hücuma müqavimət göstərmək çətin olacaq".
Cavid