• 15 İyul 2025
logo
Fransa Avropa İttifaqının Avstraliya ilə sərbəst ticarət danışıqlarına qarşıdır

Fransa Avropa İttifaqının Avstraliya ilə sərbəst ticarət danışıqlarına qarşıdır

Fransa xarici işlər naziri Kleman Bon, Avropanın “Politico” qəzetinə verdiyi müsahibədə, Avropa İttifaqının Avstraliya ilə sərbəst ticarət mövzusunda danışıqları davam etdirə bilməyəcəyini, çünki sualtı qayıqların verilməsindən imtina edildikdən sonra inamın pozulduğunu söyləyib.
Baymedia.az xarici mətbuata istinadən xəbər verir ki, nəşrin yazdığına görə, nəzəri cəhətdən Avropa Komissiyası 27 AB üzvü ölkəsi adından ticarət danışıqları aparmaq üçün müstəsna səlahiyyətlərə malikdir, lakin praktikada bunu "Fransanın açıq müqaviməti" ilə etmək mümkün deyil.
“Politico” yazır ki, Parisdən gələn tənqidlərin daha çox sərbəst ticarət qaydaları olan İsveç, İrlandiya və ya Hollandiyanı sevindirəcək ehtimalı azdır. Beləliklə, İrlandiyanın Ticarətin İnkişafı Naziri Robert Troy nəşrə verdiyi açıqlamada Avstraliya ilə danışıqlarda irəliləyiş görmək istədiyini və onunla razılaşmanın "çox gəlirli" olmasının lazım olduğunu söyləyib.
Cavid