ABŞ və "Pfizer" şirkəti arasında ehtiyacı olan ölkələrə bağışalamaq üçün 500 milyon doza koronavirusa qarşı peyvəndin alınması ilə bağlı danışıqlar aparılır.
Co Bayden administrasiyası və Almaniyanın "BioNTech" şirkəti ilə ilə birlikdə peyvənd istehsal edən "Pfizer" şirkəti arasındakı müqavilə yaxın günlərdə bağlana bilər.
Bildirilir ki, müqavilə barədə sentyabrın 22-də baş tutacaq COVİD-19 üzrə sammitdən öncə məlumat verilməlidir.
Qeyd edilir ki, alınacaq 500 milyon doza peyvənd "COVAX" mexanizmi vasitəsilə ehtiyacı olan ölkələr arasında bölüşdürüləcək.