• 20 Aprel 2024
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 197 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 197 mini ötüb

Rusiyada son sutka ərzində daha 20 329 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 254 754 nəfərə çatıb.
Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 197 425 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.