• 25 Aprel 2024
logo
Ermənistanda son sutkada COVID-19-a 1011 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada COVID-19-a 1011 yoluxma qeydə alınıb

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1011 yeni yoluxma qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların ümumi sayı 253093-ə çatıb.
Son sutka ərzində infeksiyadan 16 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5117 nəfərə çatıb.