• 23 Aprel 2024
logo
Gürcüstanda son sutkada koronavirusdan 52 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 52 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 997 yoluxma halı qeydə alınıb, 52 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 593 763, ölənlərin sayı isə 8 498 nəfərə çatıb. Virusa yoluxanlardan 558 042 (94%) nəfərin sağaldığı bildirilir.