• 16 Aprel 2024
logo
İngiltərəyə səfər edən əcinəbilərlə bağlı məhdudiyyətlərə dəyişiklik edilib

İngiltərəyə səfər edən əcinəbilərlə bağlı məhdudiyyətlərə dəyişiklik edilib

İngiltərəyə səfər edən xarici vətəndaşlara tətbiq olunan "COVID 19" məhdudiyyətlərinə dəyişiklik edilib.
Bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps bildirib.
O, qeyd edib ki, oktyabrın 4-dən etibarən İngiltərədə ancaq qırmızı list sistemi mövcud olacaq. Bu listə daxil olmayan ölkələrə gediş-gəliş sərbəst olacaq.
Həmçinin, bu ölkələrdən İngiltərəyə səyahət edən vaksin olunmuş şəxlərin PCR testi vermələrinə ehtiyac qalmayacaq. Bundan əlavə, nazir qeyd edib ki, hazırda qırmızı listdə olan Türkiyə sentyabrın 22-dən sözügedən siyahıdan çıxarılacaq.
Qrant Şapps bildirib ki, bugünkü dəyişikliklər daha sadə bir sistem deməkdir: "Daha az test tələbi və daha az xərclər insanların daha çox səyahət etməsi deməkdir.
Britaniyada hazırda 44 milyondan çox insan peyvənd edilib və bu da yeni mənzərəni əks etdirən daha münasib bir struktur təqdim etməyə imkan yaradır”, deyə nazir bildirib.