• 10 İyul 2025
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 591 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 591 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 039 yoluxma halı qeydə alınıb, 56 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 591 766, ölənlərin sayı isə 8 446 nəfərə çatıb. Virusa yoluxanlardan 556 810 (94%) nəfərin sağaldığı bildirilir.