• 20 Aprel 2024
logo
Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq

Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq

Polşa "Qazprom" şirkəti ilə Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni uzatmağı planlaşdırmır.
"Prime"ın verdiyi məlumata görə, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski "Siódma9.pl" radiostansiyasının efirində bildirib.
"Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni uzatmayacağıq", - deyə o bildirib.
Polşa rəsmisinin sözlərinə görə, ölkə "Baltic Pipe" qaz boru kəmərinə üstünlük verir və tədarükün 1 oktyabr 2022-ci il tarixindən etibarən başlayacağını gözləyir.
Xatırladaq ki, "Baltic Pipe" – Polşa ilə Danimarka arasında çəkilən qaz qaz boru kəməridir. Layihənin 2022-ci ildə tamamlanması nəzərdə tutulur, boru kəməri Danimarka vasitəsilə Norveçdən Polşaya təbii qaz nəql etməyə imkan verəcək.
Hazırda Polşa hər il Rusiyadan 10 mlrd. kubmetr qaz alır. "Qazprom"la müqavilə 2022-ci ildə başa çatır. Eyni zamanda, Polşanın PGNIG neft-qaz şirkətinin İdarə Heyətinin sədri Pavel Mayevski 2022-ci ildən sonra da Rusiya qazının tədarük olunacağını istisna etməmişdi.