• 29 Mart 2024
logo
"Suriyada vəziyyət gərginləşir"

"Suriyada vəziyyət gərginləşir" - Samir Hümmətov 

" Suriyada vəziyyət yenidən gərginləşməyə doğru gedir". Bunu xslqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümmətov deyib. O, bildirib ki, bölgəyə nəzərəti ələ almaq və əldə saxlamaq üçün Rusiya, Türkiyə və İran arasında gedən mübarizə artıq pərdəarxasından çıxmağa başlayıb: "Rusiya və İran bəzi məsələlərdə, xüsusilə də Suriya prezidenti Bəşar Əsədi postunda saxlamaq məsələsində müttəfiq görünməyə çalışsalar da, Suriyaya nəzarəti ələ keçirmək məsələsində dərin ziddiyətdə olduqları görünməkdədir". O, diqqətə çatdırıb ki,
Suriya prezidenti Bəşar Əsəd isə bu iki dövlət, yəni İran və Rusiya arasında mümkün qədər manipulyasiya etməklə həm öz hakimiyyətini qorumağa, həm də müttəfiqlik münasibətlərini davam etdirməyə çalışır: "Ona görə ki, Bəşar Əsəd üçün İran canlı qüvvə təminatı məsələsində, Rusiya isə silah-sursat məsələsidə vacib əhəmiyyətə malik ölkələrdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Suriyanın hava məkanını Rusiya qoruyur.
Suriya məsələsində üç qüvvədən biri isə Türkiyədir. Təbii ki, İran və Rusiya kimi Türkiyənin də Suriyada öz maraqları var və bundan əlavə nəzərə almaq lazımdır ki, bugün Türkiyədə 3 milyondan artıq suriyalı qaçqın var və Türkiyənin əsas məqsədi suriyalı qaçqınları öz torpaqlarına geri qaytarmaqdır.
Cenevrə görüşündə nəticə əldə olunmaması bu üç dövlət üçün növbəti yolu göstərmiş oldu.
Astana görüşünün keçrilməsi və ortaq razəlığın əldə edilməsi bölgədə vəziyyətin dəyişməsinə şərait yaratdı. Qazaxstanın Astana şəhərində baş tutmuş toplantıda İran, Rusiya və Türkiyə Suriyanın gələcəyi ilə bağlı qərar qəbul etmiş oldu.
Daha sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan Soçi görüşü onu işarə etdi ki, Rusiya İran üçün bölgədə "üçüncü artıqdır" siyasəti ilə hərəkət edir. Əlbəttə ki, İran bunu başa düşməmiş deyil.
İndi isə Suriyada vəziyyət yenidən gərginləşməkdədir. Rusiya və Türkiyə arasında əldə olunmuş atəşkəs razılığı yenidən pozulmaqdadır.
Fikrimcə, Suriya böhranının həll edilməsi və ölkədə sülhün əldə edilməsi üçün Astana görüşündə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsi vacibdir. Əks təqdirdə Suriyada sülhün əldə edilməsi reallıqdan uzaq ola bilər".

Əli