• 27 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 589 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 589 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 176 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 589 727, ölənlərin sayı isə 8 390 nəfərə çatıb. Virusa yoluxanlardan 554 618 (94%) nəfərin sağaldığı bildirilir.