• 28 Mart 2024
logo
KİV: Bayden gələn həftə Ağ Evdə Consonla görüşməyi planlaşdırır

KİV: Bayden gələn həftə Ağ Evdə Consonla görüşməyi planlaşdırır

ABŞ Prezidenti Co Bayden gələn həftə Britaniyanın Baş naziri Boris Consonla Ağ Evdə görüşməyi planlaşdırır.
Bu barədə “Axios” xəbər portalı mənbələrə istinadən yazıb.
Bildirilib ki, görüş həftənin əvvəlinə planlaşdırılıb, lakin dəqiq tarix hələ göstərilməyib.
Xəbərə görə, Baydenin Ağ Evdə Consonu qəbul etmək niyyəti iki liderin COVID-19, Çin və qlobal iqlim dəyişikliyi ilə əlaqədar məsələlərdə birlikdə işləməyi planlaşdırdıqlarına dair sübutları şərtləndirir.
Qeyd edək ki, Britaniyanın “The Times” qəzeti də bazar ertəsi mənbələrə istinadən Consonun 14 sentyabrda Nyu-Yorkda açılışı olan BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a dördgünlük səfəri zamanı prezident Baydenlə danışıqlar aparacağını yazıb. Nəşrə görə, görüşdə Əfqanıstanla bağlı bir sıra istiqamətlərdə münasibətlərin yenidən qurulması kimi məsələlər müzakirə ediləcək. Həmçinin, bildirilib ki, iki ölkə liderlərinin görüşünün məqsədi noyabrın 1-dən 12-dək Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına hazırlaşmaqdır.