• 26 Aprel 2024
logo
ABŞ-ın kommersiya neft ehtiyatları altıncı həftədir azalır

ABŞ-ın kommersiya neft ehtiyatları altıncı həftədir azalır

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 6 422 min barel azalaraq 417 444 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 544 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, artıq altı həftədir, ABŞ-ın kommersiya neft ehtiyatlarında azalma qeydə alınır.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.