• 27 Oktyabr 2021
logo
Braziliyada təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Braziliyada təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Braziliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “Globo” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.
Hadisə bu gün səhər San-Paulu ştatında baş verib. Belə ki, içərisində 5 nəfər sərnişin və iki ekipaj üzvünün olduğu təyyarə yerli vaxtla təxminən saat 09:00-da Pirasikaba şəhər aeroportundan havaya qalxıb və uçuşdan qısa müddət sonra yerli universitetin ərazisinə düşüb.
Qəza nəticəsində təyyarə yanıb, 7 nəfər ölüb.