• 16 İyul 2025
logo
Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.
Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.