• 12 İyul 2025
logo
Rusiyada təyyarə qəzasında ölənlərin sayı 4-ə çatıb

Rusiyada təyyarə qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-1

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bu barədə TASS-a operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, “üç sərnişin və bir pilot ölüb, ikinci pilot şok vəziyyətindədir”.
Qalan 12 nəfər xəsarət alıb. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.
***
Saat 22:10

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Vahid Növbətçi Dispetçer Xidmətindən bildirilib.
***
Saat 21:11

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.
Bu barədə TASS-a təcili tibbi yardım xidmətindən bildirilib.
“İlkin məlumatlara görə, Kazaçinskoye kəndindən 4 km cənub-qərbdə İrkutskdan Kazaçinskoye istiqamətində uçan “L-410” təyyarəsi sərt eniş edib. Təyyarənin göyərtəsində ikisi ekipaj üzvü olmaqla 14 nəfər olub”, - məlumatda belə deyilir. Bildirilir ki, nəticədə bir neçə nəfər xəsarət alıb.
Təyyarə eniş zamanı alışıb, ağaclara dəyərək qəzaya uğrayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri sərbəst şəkildə təyyarədən düşüblər. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.