Çinin Futszyan vilayətinin Putyan şəhərinin sakinlərinə şəhəri tərk etməmək tövsiyə olunub.
Bu barədə “Qlobal Tayms” məlumat yayıb.
Bildirilib ki, şəhəri tərk etmək istəyənlərin koronavirus testi mənfi olmalıdır.
Bununla yanaşı, Putyanda kinoteatr, muzey və kitabxanalara giriş bağlanılıb. Restoranların fəaliyyəti isə günün müəyyən saatları ilə məhdudlaşdırılıb.
Qeyd edək ki, bundan öncə Putyanda 19 şəxsin koronavirusa yoluxması barədə məlumat yayılmışdı.