• 10 İyul 2025
logo
Angela Merkel ilk dəfə özünü feminist adlandırıb

Angela Merkel ilk dəfə özünü feminist adlandırıb

Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.
Bu barədə “Berliner Zeitung” nəşri yazıb.
Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.
Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib: “Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”.