• 9 İyul 2025
logo
Meksikada 7,1 bal gücündə zəlzələ baş verib, bir nəfər ölüb

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib, bir nəfər ölüb

Meksikanın cənub-qərbində yerləşən Querrero ştatının Akapulko şəhəri yaxınlığında axşam saatlarında 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə vilayət valisi Hektor Astudillo “Milenio” telekanalına bildirib.
Onun sözlərinə görə, bir nəfər şəhər sakini dünyasını dəyişib. Ciddi maddi ziyan qeydə alınmayıb.
Zəlzələnin mənbəyi 10 km dərinlikdə olub, episentri Akapulkodan 11 km cənub-qərbdə yerləşib.
Meksika Prezidenti Andres Manuel Lopez Obrador videomüraciətində fəlakətin ciddi ziyan vurmadığını söyləyib.