• 8 Dekabr 2021
logo
Ukraynanın Luqansk vilayətində şaxtada qəza olub, 9 nəfər ölüb

Ukraynanın Luqansk vilayətində şaxtada qəza olub, 9 nəfər ölüb

Ukraynanın separatçıların nəzarətində olan Luqansk vilayətində şaxtada qəza olub.
TASS-ın verdiyi məlumata görə, Sverdlovsk rayonundakı “Qırmızı partizan” şaxtasında qəza nəticəsində 9 şaxtaçı ölüb, 19-u müxtəlif dərəcəli xəsarətlər alıb.
Meyitlər mədəndən çıxarılıb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.