Pəncşirdəki müqavimət hərəkatının mətbuat katibi Fahim Dəşti Talibanla döyüşlər zamanı öldürülüb.
Bu barədə “Khaama Press” məlumat yayıb.
Dəştinin hansı şəraitdə öldüyü bildirilmir.
Qeyd edək ki, bundan öncə müqavimətçilərin rəhbəri Əhməd Məsud Talibanla danışıqlara hazır olduğunu açıqlamışdı.