• 6 Dekabr 2021
logo
Qızlar təhsilə başlayır: ayrı giriş, yaşlı kişi müəllim...

Qızlar təhsilə başlayır: ayrı giriş, yaşlı kişi müəllim... – Şərtlər

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban hərəkatı ölkədə əyani ali təhsil prosesinin bərpasına başlayır.
Araşdırmaçı jurnalist Elçin Alıoğlu təhsildə şəriət qaydalarına uyğun olaraq dress-kod tətbiq olunduğunu qeyd edib.
Yeni qaydaların əsas şərti qızlarla oğlanların ayrılıqda təhsil almalaıdır. Həmçinin oğlanlara kişi, qızlara isə qadın müəllimlər dərs deyəcək.
Digər qaydalar belədir:
* Əfqanıstandakı bütün özəl universitetlər qadınlar üçün əlahiddə giriş inşa etməlidir;
* Hər universitet öz hesabına qadınlar üçün auditoriyalar yaratmalıdır;
* Qızlar sinifdə 15 nəfərdən çox olarsa, ayrı otaqda olmalıdırlar. Əgər onların sayı 15-dən az olarsa, oğlanlarla bir sinifdə oxuya bilərlər. Lakin bu zaman oğlanlarla qızlar arasında pərdə və ya aralıq sədd olmalıdır;
* Bütün tələbə qızlar dərslərin başlanmasını xüsusi zalda gözləməli, audiotoriyaya dərs başlanmazdan 5 dəqiqə əvvəl daxil olmalıdır;
* Universitetə gəlməyə nəqliyyat vasitəsi olmayan və ya onu universitetədək ötürəcək kişi qohumu olmayan tələbə qızları dərsə çatdırmaq üçün universitetlər öz hesablarına nəqliyyat vasitəsi ayırmalıdır. Tələbə qızları daşıyacaq maşında sürücü ilə sərnişinlər arasında pərdə olmalıdır. Maşının pəncərələrində də pərdə olmalıdır;
* Universitetlərdə tələbə qızlara yalnız yaşlı, qoca kişi müəllimlər dərs deyə bilər. Orta yaşlı və ya gənc kişi müəllimlərin tələbə qızlara dərs demələri yasaqdır;
* Yeni şərtlərin gerçəkləşdirilməsi ilə bağlı dövlət univeristitetlərindəki bütün xərcləri Taliban ödəyəcək.