• 15 İyul 2025
logo
Talibanla danışmalıyıq

Talibanla danışmalıyıq - Borrell

Avropa İttifaqı Talibanla danışıqlar aparmalıdır, bu, qaçılmazdır.
Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
"Taliban hazırda əsas danışıqların aparılmalı olduğu tərəfdir. Bu, Talibanın tanınması demək deyil. Sadəcə olaraq Kabildə olduğumuzu təmin etməliyik", - Borrell bildirib.
Borrellin sözlərinə görə, Əfqanıstana humanitar yardım dörd qat artırılmalıdır.