• 28 Noyabr 2021
logo
Bu rayon Talibandan geri alındı

Bu rayon Talibandan geri alındı

Pəncşir əyalətinin Pəryan rayonu taliblərdən tamamilə təmizlənib.
Bunu Pəncşirdəki müqavimət qüvvələrinin nümayəndəsi Fəhim Dəşti deyib.
Onun sözlərinə görə, minə yaxın terrorçu mühasiyərə alınıb:
“Terrorçuların bəziləri məhv edilib, bəziləri də ya mühasirədədir, ya da döyüşçülərimiz tərəfindən ələ keçirilib. Ələ keçirilənlərin əksəriyyəti əcnəbilər, xüsusilə Pakistandan olanlardır”, - Dəşti bildirib.
Qeyd edək ki, dünən Taliban nümayəndəsi Bilal Kərimi taliblərin Pəryan rayonunu ələ keçirdiklərini bildirmişdi.