• 7 Dekabr 2021
logo
Pakistanda partlayış törədilib, 4 nəfər ölüb

Pakistanda partlayış törədilib, 4 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində partlayış törədilib.
“Geo News” telekanalının verdiyi məlumata görə, terrorçu-kamikadzenin motosikletlə əyalətin inzibati mərkəzi Kvetta şəhərində törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.
Partlayış sərhədçilərin nəzarət-keçid məntəqəsi yaxınlığında törədilib, ölənlərin hamısı sərhədçilərdir. Yaralılar arasında isə 2 mülki vətəndaş var.
Pakistanın Baş naziri İmran Xan ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
Qeyd edək ki, “Təhrik-i-Taliban Pakistan” qruplaşması (Pakistan Taliban Hərəkatı) partlayışa görə məsuliyyəti üzərinə götürüb.