• 7 Dekabr 2021
logo
Azərbaycanlılar qayıtmağımı istəyir

Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili

Gürcüstanda yaşayan azərbaycanlılar mənim ölkəyə qayıtmağımı istəyir.
Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Gürcüstanın Azərbaycan əsilli vətəndaşlarının 95 faizi televiziyanın keçirdiyi sorğuda bildiriblər ki, qəti şəkildə mənim ölkəyə qayıtmağımı tələb edirlər. Onlar yalnız mənim hakimiyyətim dövründə sakit, sülh içində yaşadılar və sabah üçün qorxuları yox idi”, - Saakaşvili bildirib.