• 8 Dekabr 2021
logo
ABŞ-da naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb

ABŞ-da naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb

Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
“NBC Washington” telekanalının verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.
Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.
Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.