• 7 Dekabr 2021
logo
"Taliban" Pəncşir qubernatorunun ofisini tutduğunu açıqlayıb

"Taliban" Pəncşir qubernatorunun ofisini tutduğunu açıqlayıb

“Taliban” döyüşçüləri Pəncşir əyalətinin paytaxtına giriblər və əyalət qubernatorunun ofisini zəbt ediblər.
Bu barədə “Times of India” yazıb.
Bununla yanaşı, “Taliban” əleyhinə qüvvələri birləşdirən Əfqanıstan Milli Müqavimət Cəbhəsi öz açıqlamasında bildirib ki, “taliban”çılar Pəncşirlə Kapis vilayətinin sərhədindəki Dərbənd yüksəkliklərinə çatıblar, ancaq onların hücumu dayandırılıb.
“Əfqanıstanın qalasının müdafiəsi yenilməzdir”, - deyə Cəbhənin nümayəndəsi Fahim Dəşti “Twitter” səhifəsində yazıb.
O vurğulayıb ki, müqavimət qüvvələri bir gündə 600-dək “Taliban” silahlılarını öldürməyi və mindən çoxunu əsir götürməyi bacarıblar.