• 3 Dekabr 2021
logo
İraqda koalisiya qüvvələrinə məxsus avtomobil karvanına hücum edilib

İraqda koalisiya qüvvələrinə məxsus avtomobil karvanına hücum edilib

İraqda beynəlxalq koalisiyanın iki logistika karvanına hücum edilib.
Bu barədə “Shafaq news” xəbər portalı ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Bağdadın cənubundakı Babil əyalətində avtomobil yolunda alyansa məxsus karvan partladılıb. Hücum nəticəsində yük maşınlarından biri zədələnib.
İnsident nəticəsində xəsarət alan olmayıb.