• 12 İyul 2025
logo
Fransada təyyarə qəzasında iki nəfər ölüb

Fransada təyyarə qəzasında iki nəfər ölüb

Fransanın Somma departamentində yüngül motorlu turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Departamentin yanğın-xilasetmə xidmətindən AFP-yə bildirilib ki, iki nəfərlik təyyarə tarlaya düşüb.
Hadisənin səbəbləri və digər təfərrüatları dəqiqləşdirilir.