• 10 İyul 2025
logo
Gürcüstanda son sutkada koronavirusdan 83 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 83 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 684 yoluxma halı qeydə alınıb, 83 nəfər ölüb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 559 593, ölənlərin sayı isə 7 732 nəfərə çatıb. Virusa yoluxanlardan 505 229 nəfərin sağaldığı bildirilir.