• 7 Dekabr 2021
logo
Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında döyüşlər davam edir, yüzlərlə ölən var

Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında döyüşlər davam edir, yüzlərlə ölən var

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qüvvələri Pəncşir vilayətini tutmaqdadır.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Taliban” nümayəndəsi Bilal Kərimi deyib.
Onun sözlərinə görə, hazırda Pəncşirdə aktiv döyüşlər gedir və vilayətin bir çox rayonu artıq “Taliban”ın nəzarətindədir.
“Biz düşünürük ki, yaxın günlərdə artıq vilayətə tam nəzarəti əldə edəcəyik”, - B.Kərimi deyib.
O, bütün istiqamətdə döyüşlərin getdiyini, hazırda mücahidlərin Pəncşirin mərkəzinə doğru irəlilədiklərini bildirib: “Hazırda Xavak kimi strateji rayon bizim nəzarətimizdədir, o cümlədən şərqdəki rayonların da çoxu nəzarətimizə keçib. Cənubdan isə Kabis rayonu bizdədir. Təxminən vilayətin 20 faizinə hazırda bizdədir”.
Müqavimət qüvvələrinin nümayəndəsi Faxim Dəşti isə azı 450 “Taliban” üzvünün zərərsizləşdirildiyini, 150 döyüşçünün ələ keçirildiyini deyib.
O, dünən gecə baş tutan hücum nəticəsində 8 min “Taliban” üzvünün pusquya düşdüyünü vurğulayıb. F.Dəşti həmçinin müqavimət qüvvələrinin Bədəxşan və Kapis və Bəğlan vilayətlərinə yaxınlaşdıqlarını bildirib.
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai isə tərəfləri dialoq yolu ilə konflikti həll etməyə çağırıb.
Qeyd edək ki, Kabilin şimal-şərqində, dağlıq bölgədə yerləşən Pəncşir vilayəti “Taliban”ın nəzarətində olmayan yeganə ərazidir.