• 8 Dekabr 2021
logo
BMT Kabil hava limanına çıxışın təmin olunacağına ümid edir

BMT Kabil hava limanına çıxışın təmin olunacağına ümid edir

Kabil hava limanına çıxışın təmin edilməsi BMT-nin heyətində yerdəyişmə etməsinə və Əfqanıstan əhalisi üçün lazımi yüklərin çatdırılmasına imkan verəcək.
TASS xəbər verir ki, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.
“Hava limanı bizim üçün xidmət göstərmir. Əlbəttə, ümid edirik ki, yaxın gələcəkdə o, öz fəaliyyətini bərpa edəcək”, - Düjarrik belə deyib.