Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 212 yoluxma halı qeydə alınıb, 81 nəfər ölüb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 556 909, ölənlərin sayı isə 7 563 nəfərə çatıb. Virusa yoluxanlardan 502 534 nəfərin sağaldığı bildirilir.