• 5 İyul 2025
logo
Braziliyada 50-dən çox insanda Haff xəstəliyinin simptomları aşkarlanıb

Braziliyada 50-dən çox insanda Haff xəstəliyinin simptomları aşkarlanıb

Braziliyanın Amazonas ştatında 50-dən çox insan Haff xəstəliyinə yoluxmaları ilə bağlı həkimə müraciət edib.
Bu barədə “G1” portalı məlumat yayıb.
Xəstəliyin xarakterik simptomu sidiyin qaralmasıdır. Sözügedən xəstəliyə yoluxma avqustun 20-də aşkar edilib.
Artıq üçüncü belə hal baş verir. Sonuncu yoluxmada ölüm hadisəsi də qeydə alınıb.
Xəstələr simptomlar başlamazdan az əvvəl balıq yediklərini bildiriblər. Lakin səlahiyyətlilər hələ də balıq yeməyini dayandırmağı tövsiyə etməyiblər, çünki xəstəliyin digər mümkün səbəbləri istisna edilmir.