Əfqanıstanda müharibə başa çatıb. Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi CNN-ə müsahibəsində bildirib. O deyib ki, artıq Əfqanıstanda heç bir ABŞ hərbçisi yoxdur və orada hərbi missiya, müharibə başa çatıb.