• 19 Yanvar 2022
logo
Britaniya Əfqanıstanda terrorçuların hədəflərinə hava zərbələri endirməyə hazır olduğunu bildirib

Britaniya Əfqanıstanda terrorçuların hədəflərinə hava zərbələri endirməyə hazır olduğunu bildirib

“Böyük Britaniya Əfqanıstanda İŞİD-in hədəflərinə yeni hücumlar etməyə hazırdır”.
Bunu Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Maykl Uiqston "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.
“Nəticə etibarilə hər şey İŞİD-i məğlub etmək üçün qlobal koalisiyada rol oynaya bilməyimizə bağlıdır: istər zərbə endirməklə, istərsə də silahları müəyyən bir ölkəyə tez və lazımi miqdarda köçürməklə”, deyə Baş Qərargah rəisi vurğulayıb.