• 2 İyul 2025
logo
Taliban: ABŞ suverenliyimizi pozdu

Taliban: ABŞ suverenliyimizi pozdu

Taliban ABŞ-ın Kabildə müəyyən hədəflərə endirdiyi zərbələrlə bağlı müzakirə aparıb.
Bu barədə Taliban nümayəndəsi Bilal Kərimi deyib.
“ABŞ özgə torpaqda əməliyyat keçirməklə respublikanın suverenliyini pozdu. Vaşinqton bu əməliyyatla bağlı taliblərə öncədən məlumat verməli idi”, - deyə Kərimi bildirib.
Qeyd edək ki, ABŞ PUA-ları Kabildə bir neçə hədəfə zərbələr endirib. Hücum nəticəsində 7 nəfər ölüb.