Kosmosa nüvə silahının yerləşdirilməsi cinayətdir. Əgər ABŞ bu addımı atsa, Rusiya da adekvat cavab tapacaq.
Bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.
“Biz adekvat cavab tapacağıq. Onun necə olacağı Müdafiə Nazirliyi və Hərbi Kosmik Qüvvələrinin məsələsidir. Onlar mütləq cavab tapacaqlar”, - Roqozin bildirib.