• 24 Yanvar 2022
logo
KİV: “Taliban” müğənni Favad Andarabini öldürüb

KİV: “Taliban” müğənni Favad Andarabini öldürüb

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.
Bu barədə “Times Now” telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.
Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.
Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd sayırlar.