• 24 Yanvar 2022
logo
Qazaxıstanda silah-sursat anbarında yanğın söndürülüb

Qazaxıstanda silah-sursat anbarında yanğın söndürülüb

Qazaxıstanda hərbi hissənin anbarında yanğın söndürülüb.
TASS-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən bildirilib ki, təxliyə olunmuş yerli sakinlər evinə qayıdıb.
“Anbarın birbaşa yaxınlığında olan evlər istisna olmaqla, digər sakinlər hamısı evinə qayıdıb”, - deyə məlumatda bildirilir.
Mühəndis qoşunları artıq hərbi hissənin anbarının ərazisinin təmizlənməsi işlərinə başlayıb.
Qeyd edək ki, avqustun 26-da Qazaxıstanın Cambul vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissənin silah-sursat anbarlarında yanğın baş verib. Yanğın nəticəsində partlayışlar qeydə alınıb.
Hadisə nəticəsində 13 nəfər həlak olub, 3 nəfər itkin düşüb.