• 3 İyul 2025
logo
Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 200-ə çatıb

Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 200-ə çatıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı artaraq 200 nəfərə çatıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bundan əvvəl 170 nəfərin öldüyü deyilirdi.
***
Saat 18:18

Ötən gün Kabil Beynəlxalq Hava Limanında törədilmiş terror aktları nəticəsində ölənlərin sayı artıb.
CBS-in verdiyi xəbərə görə, Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aeroportda ölənlərin sayı 170 nəfərə çatıb.
Qeyd edək ki, terror aktları zamanı 13 ABŞ hərbçisi həyatını itirib, 18 amerikalı hərbçi xəsarət alıb.