• 5 İyul 2025
logo
Britaniya Əfqanıstandan təxliyəni başa çatdırır

Britaniya Əfqanıstandan təxliyəni başa çatdırır

Böyük Britaniyanın Kabildən təxliyə prosesini başa çatdırmasına saatlar qalıb.
“Sky News”un verdiyi xəbərə görə, bu barədə müdafiə naziri Ben Vallas bildirib.
O deyib ki, Britaniyanın təxliyə prosesini həyata keçirdiyi Kabildəki “Baron” oteli səhər saatlarında bağlanıb: “Hazırda 1000 nəfərə yaxın şəxs hava yolu ilə Britaniyaya gəlməkdədir. Biz Kabildəki izdiham arasından başqa insanları da taparaq onlara kömək etməyə çalışacağıq, ancaq ümumilikdə əsas prosesin başa çatmasına bir neçə saat qalıb”.
O, Britaniya hərbçilərinin 31 avqustdan sonra Kabildə qalıb-qalmayacağı məsələsinə münasibət bildirməyib.