• 27 Yanvar 2022
logo
Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 240 mini ötüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 522 yoluxma halı qeydə alınıb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 240 261 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 11 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4796 nəfərə yüksəlib.