• 24 Yanvar 2022
logo
Gürcüstanda bir gündə 73 nəfər COVID-19-dan ölüb

Gürcüstanda bir gündə 73 nəfər COVID-19-dan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 031 yoluxma halı qeydə alınıb, 73 nəfər ölüb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 536 202, xəstəlikdən ölənlərin sayı isə 7 101 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 473 502 nəfərin sağaldığı bildirilir.