• 21 Yanvar 2022
logo
Rusiyada çoxmərtəbəli yaşayış binası yanıb, ölənlər var

Rusiyada çoxmərtəbəli yaşayış binası yanıb, ölənlər var

Rusiyanın Yekaterinburq şəhərində Miçurin küçəsi, 98 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğının sahəsi 780 kv. metri əhatə edib.
Yeddi uşaq da daxil olmaqla 65 nəfər evdən təxliyə edilib. Nazirlikdən ölənlərin olduğu bildirilib.
Binanın söndürülməsinə 60 nəfər şəxsi heyət və 20 ədəd texnika cəlb edilib.