• 24 Yanvar 2022
logo
Peskov Əfqanıstanla bağlı Rusiya və ABŞ arasında təmasların qurulduğunu bildirib

Peskov Əfqanıstanla bağlı Rusiya və ABŞ arasında təmasların qurulduğunu bildirib

Rusiya Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiyanın Əfqanıstandan dünyaya açılan narkotrafikin də bitməsində maraqlı olduğunu deyib.
Əfqanıstandan miqrantların qəbul edilməsi ilə bağlı sualı cavablandıran Kremlin sözçüsü vurğulayıb ki, ölkənin miqrasiya orqanları, Xarici İşlər Nazirliyi vasitəsilə işlər aparılır, amma hələlik bu məsələdə aydın bir mövqe yoxdur.
D. Peskov Əfqanıstandakı vəziyyətlə bağlı Rusiya və ABŞ arasında təmasların qurulduğunu da qeyd edib: “Bu təmaslar lazım gəldikdə yaranır, təmas mexanizmi qurulub. Təbii ki, vəziyyət fikir və məlumat mübadiləsi tələb edir. Buna görə də bu və ya digər şəkildə yüksək ehtimalla bu təmaslar davam edəcək”.