• 24 Yanvar 2022
logo
"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"

"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"

Radikal “Taliban” hərəkatı işləyən əfqan qadınları öz təhlükəsizlikləri üçün evlərindən çıxmamağa çağırıb.
Bunu təşkilatın rəsmi nümayəndəsi Zabiullah Mücahid “New York Times” qəzetinə müsahibəsində deyib.
“Döyüşçülərimizin qadınlarla necə davranmaq lazım olduğuna dair təlim keçməməsindən narahatıq. Allah qorusun, qüvvələrimizin qadınlara zərər yetirməsini və ya təqib etməsini istəmirik”, - Mücahid belə deyib.
Eyni zamanda, o, bunun müvəqqəti bir hal olduğunu bildirib və işləyən qadınların maaşlarının evlərində ödəniləcəyinə dair vəd verib.