• 26 Aprel 2024
logo
Lukaşenko ABŞ-dan “qisas”ını bu cür alacaq

Lukaşenko ABŞ-dan “qisas”ını bu cür alacaq

Belarusun Müdafiə naziri Andrey Ravkov rəsmi Minskin Vaşinqtonun Litva ərazisində tanklarını yerləşdirməsinə hansı üsulla cavab verəcəyinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, nazir Belarusun Litva istiqamətində dövlət sərhədlərində hərbçilərin sayını artıracağını açıqlayıb.
Ravkovun sözlərinə görə, həmçinin bu istiqamətdə kəşfiyyat fəaliyyətləri də gücləndiriləcək.
Bununla yanaşı, Belarus bir sıra diplomatik tədbirlərə də əl atmaq fikrindədir.
Qeyd edək ki, Belarus lideri Likaşenko ABŞ-ın Litvaya, Belarusla sərhədin 15 km-liyinə 30 “Abrams” tankı yerləşdirilməsini kəskin tənqid etmişdi.